Ana Səhifə / Xəbərlər

Xəbərlər

05 Jul 2022 Diqər xəbərlər Diqər xəbərlər

GGİ MÜTƏXƏSSİSLƏRİ KÜR ÇAYI DELTASINI TƏDQİQ EDİBLƏR

 
05 iyul 2022-ci il

GGİ “Neftli-qazlı hövzələrin litogenezisi”, “Hidrogeologiya və geoekologiya” və digər bir neçə şöbə “Müasir Kür çayı deltasının formalaşması və dəyişməsinə təsir edən amillərin qiymətləndirilməsi” mövzusu üzrə Kür çayı deltası ərazisində müxtəlif istiqamətli tədqiqat işləri aparıblar.

Ekspedisiyanın rəhbəri c.e.e.d. Vaqif Məmmədov bildirib ki, Respublikamızın ən böyük çayı olan Kürün deltasının həm quru (sahəsi 170 km2-ə yaxın), həm də dənizin su altında olan ərazisi zaman-zaman təbii və antropogen amillərlə müxtəlif dəyişmələrə məruz qalır. Ekspedisiya iştirakçıları bununla bağlı Kür çayı deltası ərazisində şaquli elektrik zondlama, hidrogeoloji, litoloji və s. tədqiqatlar reallaşdırdılar. Tədqiqat əsasında deltanın dəyişmə istiqamətlərinin modelinin hazırlanması nəzərdə tutulur ki, bunun əsasında yarana biləcək bir sıra neqativ hadisələrin proqnozunu söyləmək mümkün olacaq.

Hazırda ekspedisiya zamanı ölçülmüş parametrlər, götürülmüş su və süxur nümunələri ətraflı təhlil edilir.