Ana Səhifə / Xəbərlər

Xəbərlər

24 Feb 2022 Diqər xəbərlər Diqər xəbərlər

MAGİSTRLƏRİN ATTESTASİYASI KEÇİRİLİB


24 fevral 2022-ci il

Geologiya və Geofizika İnstitutunda “Geologiya”, “Geologiya mühəndisliyi” ixtisasları üzrə təhsil alan I və II kurs magistrantlarının attestasiyası keçirilib.Tədbir İnstitutun icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun sədrliyi ilə baş tutub.

İclasda magistrantların qış imtahan sessiyasının nəticələri, fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, dərc olunan məqalələrin nəşri, elmi konfranslarda iştirak, həmçinin dissertasiya işlərinin gedişatına aid məsələlər müzakirə edilib. Komissiya II kurs magistrantı Əliyev Nazim Rüfət oğlunun dissertasiya işinin gedişatı ilə tanış olub, növbəti semestrdə aparılacaq nəzəri və çöl işləri haqqında müzakirələr edib.

İnstitutda ”Petrologiya” ixtisası üzrə təhsil alan I kurs magistrantları qış imtahan sessiyasını uğurla başa vurublar. İclasda iştirak edən elmi rəhbərlər, attestasiya olunan magistrantların aparılan elmi tədqiqatları və dissertasiya mövzuları üzərində sərbəst işləmələri haqqında məlumat veriblər.

Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçiriliblər.

Magistrantların attestasiya üzrə komissiyası qərarlarını İnstitutun Elmi şurasına təqdim edəcək.