Ana Səhifə / Xəbərlər

Xəbərlər

08 Apr 2022 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA STRUKTUR DƏYİŞİKLİKLƏRİ


8 aprel 2022-ci il

Geologiya və Geofizika İnstitutu Elmi (GGİ) şurasının son iclasında struktur dəyişiklikləri çərçivəsində şöbə adlarının dəyişdirilməsi və yeni şöbələrin yaradılması haqqında qərar qəbul edilib. “Geotektonika və regional geologiya” şöbəsinin adı dəyişdirilərək “Dinamiki geologiya”, “Geotermiya” şöbəsinin adı dəyişdirilərək “Yer təkində istilik-kütlədaşınma”, “Seysmologiya, geomaqnetizm və petrofizika” şöbəsinin adı dəyişdirilərək “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” adlandırılması qərarı səsə qoyularaq qəbul edilib. Tədbirdə həmçinin yeni şöbələrin yaradılmasına da qərar verilib. Qərara uyğun olaraq “Petrologiya”, “Filiz-maqmatik sistemləri” və “Metasomatizm və metamorfizm” şöbələri birləşdirilməklə onların bazasında “Filiz-maqmatik sistemləri və minerageniya” şöbəsi, “Paleontologiya və stratiqrafiya” şöbəsi ləğv edilərək onun bazasında "Biotanın təkamülü və geoloji hadisələrin korrelyasiyası” şöbəsi, eləcə də ilk dəfə yeni “Tətbiqi geotermiya tədqiqatları” şöbəsi yaradılıb.