Ana Səhifə / Haqqımızda / İnstitutun nəzdindəki şuralar / Fəaliyyət

Fəaliyyət

Geologiya (hazırda Geologiya və Geofizika) İnstitutunun nəzdində elmlər doktoru və elmlər namizədi elmi dərəcələri almaq üçün dissertasiyaların müdafiələri üzrə ixtisaslaşlandırılmış (dissertasiya) şurası keçən əsrin 70-ci illərindən fəaliyyət göstərir.

Dissertasiya şurasında "Paleontologiya və stratiqrafiya", "Geokimya, faydalı qazıntıların geokimyəvi axtarış üsulları", "Ümumi və regional geologiya", "Hidrogeologiya", "Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları", "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı", "Neft və qaz yataqlarının işlənilməsi və istismarı” və s. kimi ixtisaslar üzrə doktorluq və namizədlik dissertasiyala-rına baxılmışdır.

Hazırda dissertasiya müdafiələri iki ixtisas üzrə həyata keçirilir – 2507.01 – "Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları", 2512.01 – "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı".

Şuranın yaranması dövründən AMEA Geologiya və Geofizika İnstitutundan və respublikamızın digər elmi müəssisə və təşkilatlarından olan əməkdaşlar, habelə yaxın və uzaq xaricdən olan iddiaçılar yüzlərlə dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə etmişdilər.

Yalnız 1993-cü ildən 2014-cü ilədək elmi dərəcələri almaq üçün şurada 30-dan çox doktorluq və 140-a yaxın namizədik (hazırda fəlsəfə doktoru) dissertasiya işləri müdafiə olunmuşdur və AAK tərəfindən təsdiq edilmişdir ki, bu da şuranın səmərəli və obyektiv fəaliyyətinin sübutudur.

 

Əmrlər