Ana Səhifə / Fəaliyyət / Palçıq vulkanlarının inkişaf etdiyi zonalarda radioaktiv və geokimyəvi sahələrin dəyişmə qanunauyğunluqları (Şamaxı-Qobustan rayonu timsalında)

Avtoreferatlar

Palçıq vulkanlarının inkişaf etdiyi zonalarda radioaktiv və geokimyəvi sahələrin dəyişmə qanunauyğunluqları (Şamaxı-Qobustan rayonu timsalında)

Əliyev Kamran Ə.

(2004)

Dissertasiya işində Şamaxı-qobustan rayonunun (ŞQR) paleogen-miosen süxurlarının təbii radioaktivliyi və geokimyəvi xarakteristikası və onların qarşılıqlı əlaqəsinin tədqiqi, həmçinin palçıq vulkanlarının radioaktiv və geokimyəvi sahələrinin xüsusiyyətlərinin öyrənilməsinin nəticələri göstərilmişdir.


Təyin olunmuşdur ki,

  • palçıq vulkanlarının inteqral radioaktiv sahəsinin formalaşmasında aşağıda qeyd olunan amillər əsas rol oynayır:
    a) flüid dinamikasının aktivliyi. Yüksəkkeçiricilikli zonalar (vulkan boğazları, yarıqlar, pozulmalar) bir qayda olaraq, həmişə inteqralradioaktivliyin daha yüksək göstəriciləri ilə seçilirlər; b) püskürülən gil kütləsinin radioaktiv səviyyəsi. Bu səviyyə, müxtəlif stratiqrafik interval süxurlarının onun formalaşmasında iştirak payı ilə təyin olunur. Sopka brekçiyasında maykop süxurlarının payının çox olduğu vulkanlarda inteqral radioaktiv sahənin səviyyəsi bir qayda olaraq, yüksəkdir;
  • sopka brekçiyasının inteqral radioaktivliyinin formalaşmasında uran baş rol oynayır. Torium və kaliumun rolu əhəmiyyətli deyildir (20% qədər).
  • palçıq vulkanlarının metanın karbon izotop tərkibi və arqon arasında qarşılıqlı əlaqəsi təyin olunmuşdur.
  • ŞQR paleogen-miosen süxurlarının üzvi maddələrinin (ÜM) təbii radioaktivlik və geokimyəvi tərkibi arasında keyfiyyət və kəmiyyət əlaqəsi təyin olunmuşdur. Bu əlaqə aşağıda göstərilən şəkildə ifadə olunur:
    a) süxurların radioaktivliyi ilə ÜM miqdarının uyğun şəkildə artması və əksinə; b) ÜM-nin karbohidrogenlərə çevrilməsində təbii radioaktiv şüalanmanın (temperatur ilə birlikdə) iştirakının mümkünlüyünü göstərən ÜM-nin keyfiyyət parametrlərinin (H/C, δ13C ÜM) və süxurların radioaktivlik səviyyəsinin dəyişilməsi arasında əlaqənin olması. Sonuncu, təbii radioaktivlik səviyyəsi yüksək olan çöküntülərdə neft-qaz əmələgəlməsinin şaquli zonallığı haqqında mövcud təsəvvürləri nəzərə çarpacaq dərəcədə dəyişdirir və hövzə modelləşdirilməsi və neft-qaz əmələgəlmə dərinliklərinin proqnozlaşdırılması, eyni zamanda da Cənubi Xəzər hövzəsinin neftqazlılıq perspektivlərinin qiymətləndirilməsi həyata keçirilməsi zamanı uyğun dəqiqləşdirilmələr aparılmasını tələb edir.


Palçıq vulkanlarının radioaktiv sahələrinin təyin olunmuş səviyyəsi və təbiəti onların inkişaf etdiyi zonalarda radioekoloji şəraitin qiymətləndirilməsi üçün mühüm tətbiqi əhəmiyyət kəsb edir.

Dissertasiyada bir sıra metodiki aspektlərə baxılmışdır. Belə ki, qazların tərkibinin müxtəlif laboratoriyalar tərəfindən öyrənilməsində laboratoriyalar arası dispersiyanın mövcudluğu təyin olunmuşdur.