Ana Səhifə / Haqqımızda / Şöbələr / Təhsil şöbəsi

Təhsil şöbəsi

Şöbə rəhbəri: yer elmləri üzrə fəlsəfə doktoru Ələkbərova Səadət Əli qızı

Şöbədə 4 nəfər, o cümlədən 1 fəlsəfə doktoru çalışır.

Теlefon: (+99412) 5100141 (əlavə 143)
E-mail: 3-seadet@mail.ru

Təhsil şöbəsi elmlər doktorluğu və fəlsəfə doktorluğu üzrə doktorant və dissertantların, həmçinin magistrlərin elmi fəaliyyətinin, təhsilinin həyata keçirilməsi, institutun ali məktəblərlə əlaqəsinin təşkil olunması məqsədilə yaradılmışdır.

Əsas fəaliyyət istiqamətləri:
  • doktorant və dissertantların sənədlərinin qəbulunu, ixtisas fənni üzrə qəbul imtahanları və doktorluq imtahanları üçün testlərin hazırlanmasını, test bankının yaradılmasını və proqram təminatını, doktoranturaya qəbul imtahanları və doktorluq imtahanları üzrə komissiyanın yaradılmasını təşkil edir;
  • doktorant və dissertantların attestasiyasının keçirilməsi üçün zəruri sənədləri hazırlayır və attestasiyanı təşkil edir;
  • doktorant və dissertantların fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi ilə əlaqələndirir, bu sahə üzrə lazımi sənədləri hazırlayıb təqdim edir;
  • magistratura üzrə işləri həyata keçirir, tədris planında nəzərdə tutulan fənlər üzrə məşğələlərdə magistrantların iştirakını təşkil edir, magistr dissertasiyalarının hazırlanmasını və müdafiə olunmasını təmin edir;
  • institutun ali məktəblərlə əlaqələrinin təşkilinə cavabdehdir. Müxtəlif ali məktəblərdən instituta göndərilmiş təcrübəçi tələbələrin nəzərdə tutulmuş proqramlarının həyata keçirilməsini təşkil edir.