Ana Səhifə / Fəaliyyət / Neftqazlılıqla əlaqədar cənubi Qobustanın palçıq vulkanlarının geoloji-geokimyəvi tədqiqatları

Avtoreferatlar

Neftqazlılıqla əlaqədar cənubi Qobustanın palçıq vulkanlarının geoloji-geokimyəvi tədqiqatları

Məmmədova Aytən N.

(2004)

Geoloji-geofiziki, quyu materiallarından, həmçinin kosmik və aerofotoşəkillərin deşifrəsinin nəticələrindən istifadə olunaraq palçıq vulkanı zonalarının tektonik xüsusiyyətləri araşdırılmışdır. Palçıq vulkanlarının yerləşmə qanunauyğunluqları aşkar edilmiş, Şəkixan-Ağdam qırılma zonası və bir neçə yeni antiklinal qırışıqlar müəyyən edilmişdir. Qobustanın palçıq vulkanlarının fəaliyyəti və onların püskürməsinin səbəbləri tədqiq olunmuşdur.


Palçıq vulkanlarının morfoloji əlamətlərinə və fəaliyyət səciyyəsinə görə yeni təsnifatı təklif olunmuşdur. Onların arasında neft vulkanları və palçıq vulkanı təzahürləri ayrılmışdır. Qobustanın palçıq vulkanları ilə əlaqəli neftbitum təzahürləri öyrənilmiş, neft vulkanlarının geokimyəvi səciyyəsi aşkarlanmışdır.


Palçıq vulkanı brekçiyasının litoloji-fasiyal və geokimyəvi tədqiqinin qazma işlərinin nəticələri ilə uzlaşdırılması eosen-miosen çöküntülərini neft-qaz generasiya edən və potensiyal neft qazlığa malik kompleks kimi qiymətləndirməyə imkan vermişdir. İlk olaraq eosen yaşlı yanar şistlərin böyük dərinlikdə karbohidrogen generasiya etməsi fikri irəli sürülmüşdür.


Dissertasiya işində Cənubi Qobustanda axtarış-kəşfiyyat işlərinin istiqamətləri nəzəri şəkildə əsaslandırılmışdır və qazma üzrə tövsiyyələr verilmişdir.