Ana Səhifə / Fəaliyyət / Qeyri-səlis ilkin məlumat əsasında quyuların qazılması və geoloji obyektlərin öyrənilməsi üsullarının və modellərinin təkmilləşdirilməsi

Avtoreferatlar

Qeyri-səlis ilkin məlumat əsasında quyuların qazılması və geoloji obyektlərin öyrənilməsi üsullarının və modellərinin təkmilləşdirilməsi

Sadıxzadə Lalə Ə.

(2005)

Məlum olduğu kimi, kəşfiyyat-axtarış işlərinin effektivliyinin artırılmasında geoloji obyektlərin müasir səviyyədə öyrənilməsinin və qazma işlərinin effektiv təşkilinin böyük rolu vardır. Geoloji obyektlərin öyrənilməsinin və qazma prosesinin qeyri-səlis və natamam informasiya şəraitində keçməsini nəzərə alaraq, qeyri-səlis çoxluqlar nəzəriyyəsi əsasında proqnozlaşdırma model və üsulların cəlb olunması məqsədə uyğundur. Bütün yuxarıdakıları nəzərə alaraq, ən yaxşı rejim parametrlərinin seçilməsini təmin edən qərar qəbuletmə sistemi işlənilmişdir. Bu sistem qazımanın rejim parametrlərinin kəmiyyətcə və keyfiyyətcə proqnozlaşdırma, sonra isə qazımanın yüksək göstəricilərinin təmin edən rejim parametrlərinin qeyri-səlis məqsəd və məhdudiyyət anlayışlarının əsaslanan seçimi üzərində qurulub.


Qeyri-səlis kəmiyyətcə proqnozlaşdırma metodu fiziki-kimyəvi, termodinamik parametrlərin Günəşli yatağının X və “Fasilə”  layları üzrə qiymətləndirilməsi üçün də istifadə edilmişdir. Sonra isə qeyd olunmuş faktiki parametrlərin massivləri proqnozlaşdırılmış parametrlərlə genişləndirilmiş və “Surfer” kompyuter proqramı vasitəsi ilə analiz edilmişdir. Bu Günəşli yatağın 13-15 bloklarına aid olan və aşağıdakı Oliqosen-Miosen çöküntülerindən qidalanan özəyinin aşkar olmasına imkan vermişdir.


Dağ süxurlarının məsaməliyinin və keçiriciliyinin öyrənilməsinin neft və qaz tələlərinin kollektor və ekranların təcrid etmə xüsusiyyətlərinin qiymətləndirilməsində böyük rolu var. Beləliklə, çökmə süxurların məsaməliyinin və keçiriciliyinin mövcud proqnozlaşdırma modellərinə qeyri-səlis çoxluqlar nəzəriyyəsinin elementlərini daxil etməklə onların təkmilləşdirilməsinə nail olunmuşdur. Bütün əldə edilmiş nəticələr işlənmiş qeyri-səlis modellərin və üsulların axtarış-kəşfiyyat işlərinin effektivliyinin artırılmasına imkan verir.