Ana Səhifə / Fəaliyyət / Yəmən Respublikası Hadramaut vadisinin yeraltı su ehtiyatlarının formalaşma qanunauyğunluqları və onlardan səmərəli istifadə perspektivliyi

Avtoreferatlar

Yəmən Respublikası Hadramaut vadisinin yeraltı su ehtiyatlarının formalaşma qanunauyğunluqları və onlardan səmərəli istifadə perspektivliyi

Moxsen Alavi A.

(2007)


Hadramaut vadisinin yeraltı şirin sualrı strateji faydalı qazıntıdır və Yəmən respublikasının iqtisadiyyatının uğurlu inkişafı bu suların səmərəli istifadəsindən asılıdır.


Buna görə onların ehtiyyatlarının və optimal istismar parametrlərinin elmə əsaslanaraq qiymətləndirilməsi xalq təsərrüfatının mühüm məsələlərindəndir.
 
 
İşin məqsədi şirin yeraltı suların ümumi və istismar ehtiyyatlarının formalaşma şəraitini və onların optimal rejiminin qiymətləndirilməsidir.

 
Işin məqsədinə nail olmaq üçün aşağıdakı əsas məsələlər həl olunub: yeraltı suların kəmiyyət və keyfiyyət parametrlərinin formalaşdıran təbii və antropogen faktorlar qiymətləndirilib; tədqiq olunan sulu layın hidrogeoloji şəraitinin xüsusiyyətləri qiymətləndirilib və sərhəd şəraiti sxemləşdirilib; su təsərrufatının fəaliyyəti nəticəsində yeraltı suların rejiminin dinamikası aşkarlanıb; qoyulmuş məsələlərin həlli üçün öyrənilən sulu layın riyazi geofiltrasiya modeli işlənilib; şirin yeraltı suların istismar ehtiyatları qiymətləndirilib və onların optimal istismar rejimi işlənib hazırlanıb; yeraltı suların mühafizəsi üçün elmi əsaslı tədbirlər işlənilib.

 
Elmi yenilik: Hadramaut vadisinin yeraltı sularının istismar ehtiyatlarının və resursunun strukturunun formalaşması qanunauyğunluğunun təyini; konseptual geofiltrasiya modeli əsaslandırılmış və onun əsasında öyrənilən sulu horizontun riyazi geofiltrasiya modeli işlənilmişdir; müxtlif minerallaşma dərəcəsinə malik olan sulu horizontların hidravliki əlaqələri nəzərə alınmaqla içməli yeraltı suların istismar ehtiyatları aşkarlanmışdır; balans tədqiqatı əsasında yeraltı suların regional resursları təyin edilmişdir.

 
Alınan nəticələrin əsasında: kompleks xüsusi hidrogeoloji xəritələr (yeraltı suların yatma dərinliyi, hidroizohips, minerallaşma dərəcəsinə, sukeçiricilik) işlənilib; verilmiş məsələlər üçün riyazi geofiltrasiya modeli hazırlanıb; şirin yeraltı suların resursları, ehtiyatları və optimal istismar parametrləri qiymətləndirilmişdir; yeraltı suların mühəfizəsi üçün tədbirlər işlənilmişdir.