Ana Səhifə / Fəaliyyət / Həcmi dalğalara əsasən Orta Kür çökəkliyinin yer qabığının sürət modeli.

Avtoreferatlar

Həcmi dalğalara əsasən Orta Kür çökəkliyinin yer qabığının sürət modeli.

Kazımova Səbinə E.

(2011)

Sürət modelləri seysmik dalğaların hodoqraflarının qurulmasına vacib bir təməldir və zəlzələlərin əsas parametrləriinin  təyin etməkdə istifadə olunur. Zəlzələlərin dəqiq koordinatları isə hiposentrləri tektonik strukturla və aktiv qırılmalarla daha dəqiq əlaqələndirməyə imkan verir.

Dissertasiya işi , rəqəmsal seysmik stansiyaların məlumatına görə modelin arasıkəsilməz parametrləşdirilməsi üsulu əsasında Orta Kür çökəkliyinin yer qabığının faza sürət qeyri-bircinsliyinin öyrənilməsinə həsr edilmişdir.
 
Azərbaycanın rəqəmsal stansiyalırırn qeydə aldığı yerli zəlzələlərinin yayılma vaxtına əsasən Velest (1D) və TomoTetraFD (3D) proqramlarından istifadə etməklə Orta Kür çökəkliyi ərazisinin birölçülü və kvazikəsilməz üçölçülü sürət modeli qurulmuşdur. Müəyyən edilmişdir ki, 1-7 km dərinlikintervalında sürətlərin qiyməti 2.7-5.2 km/san, 8-15 km dərinlik intervalında 5.3-6.4 km/san, 16-35 km dərinlik intervalında 6.6-7.5 km/san, 36-4. km dərinlik intervalında 7.3-7.7 km/san və 41-45 km dərinlik intervalında 7.6-8.2 km/san intervalında dəyişir. Alınmış nəticənin geoloji-geofiziki təhlili aparılmışdır. Ilk dəfə olaraq Orta Kür çökəkliyi ərazisinda baş vermiş çoxlu sayda zəlzələlərin üçölçülü sürət modelində torlu axtarışla lokasiyası aparılmışdır. Uzununa və eninə dalğaların hodoqrafları qurulmuşdur. Zəlzələ mənbələrinin əsas parametrləri yenidən hesablanmış və təhlil edilmişdir. Orta Kür çökəkliyi ərazisində uzununa və eninə dalğaların hodoqrafları qurulmuşdur. Rəqamsal məlumatlar əsasında vp/vs əmsallarının qiymətləndirilməsi təklif olunmuş, zaman asılılığı, dərinlik en kəsilişləri və məkan üzrə paylanma sxemləri qurulmuş və tədqiq olunan sahənin gərginlik vəziyyəti ilə əlaqəsi aşkar edilmişdir.
 
Təqdim olunan işdə alınmış sürıt modelləri Orta Kür geoloji-tektonikquruluşunun dəqiqləşdirilməsi, zəlzələ episentrlərinin lokasiyasının dəqiqliyinin artırılması, tədqiq olunan ərazinin müasir seysmik rejiminin xarakter xüsusiyyətlərinin aşkar edilməsi və ərazinin geoloji-tektonok quruluşu haqqında yeni məlumatların alınması işibdə istifadə oluna bilər.