Ana Səhifə / Fəaliyyət / Cənubi Sinay ərazisinin qızıl-sulfid filizləşməsinin mineraloji səciyyəsi və əmələgəlmə şəraiti (MƏR)

Avtoreferatlar

Cənubi Sinay ərazisinin qızıl-sulfid filizləşməsinin mineraloji səciyyəsi və əmələgəlmə şəraiti (MƏR)

El Said Əhməd Saber İbrahim

2516.01 – Mineralogiya, kristalloqrafiya
(2014)

Cənubi Sinayın geoloji quruluşunda Ərəbistan-Nubiya qalxanında yerləşən və tərkibinə görə fərqlənən Malxaq, Zarriq. Xeyb və Taar formasiyaları iştirak edir. Bu formasiyalara Doxan vulkanogen və molas seriyaları uyğun gəlir. Xammamat molass və Doxan vulkanogen seriyaları növbələşir və bu da onların eyniyaşlı olduğunu göstərir. İlk dəfə tərəfimizdən Doxan vulkanogen seriyasının tərkibində «Vadi El Samra» qızıl-mis-porfir filiz təzahürləri ilə əlaqədə olan subvulkanik qranit intruziyası aşkarlanmışdır.

Bunların mineraloji xüsusiyətlərinə və filizin morfologiyasına görə, ilk dəfə olaraq qızıl-sulfid filizləşmələrinin daxilində ayrılmalarda qızıl-kvars-sulfid damar yatağı, qızıl-mis-porfir, möhtəvi qızıl-pirit, minerallaşmış zona və qızıldaşıyan konqlomeratlar geoloji-sənaye tipləri ayrılırlar.

Mineraloji tərkibinə görə «Vadi Ğaorobi El Hatemea» yarılmalarda qızıl-kvars-sulfid damar yatağı, əsasən xalkopirit, sonra isə sfalerit, qalenit, qızıl, kovellin və bornitdən ibarətdir. «Vadi Samra» qızıl-mis-porfir təzahürü isə xalkopirit, sfalerit və qızıldan təskil olunmuşdur. «Samra» möhtəvi qızılpirit təzahürü əsasən sulfidlərdən pirit və həmçini qızıldan ibarətdir, mineraloji tərkibində bir az xalkopirit və sfalerit qeyd olunur. «Vadi Хаşм El Fах» qızılsfalerit-qalenit minerallaşmış zonasının tərkibində minerallardan əsasən sfalerit, qalenit, qızıl, həmçinin xalkopirit iştirak edirlər. «Vadi Kid» qizildaşiyan konqlomeratların mineraloji tərkibini sərbəst qızıl təşkil edir.

«Vadi Ğaorobi El Hatemea» qızıl-kvars-sulfid damar yatağının minerallaşması üc mərhələdə təzahür edir: 1- kvars-pirit-qızıl; 2-xalkopirit-bornitqızıl; 3 - xalkopirit-sfalerit-qalenit-qızıl.

İlk dəfə tərəfimizdən tədqiqat sahəsində malaxit və azuritlə təmasda mishidrooksixlorid˗atakamit mineralı təyin edilmiş və mineralın kristal qurulşu rentgen-quruluş təhlili üsulu ilə yüksək dəqiqliklə öyrənilmişdir. Atakamitin kristallokimyəvi formulu Cu(Cu0,9Ni0,1)(OH)3Cl müəyyən edilmişdir. Cu2(OH)3Cl üç modifikasiyaları (atakamit-paratakamit-botallokit) arasında quruluş-genetik əlaqə və polimorf çevrilmələrinin quruluş mexanizmi aydınlaşdırılmışdır.

Geokimiyəvi tərkibinə görə «Vadi Ğaorobi El Hatemea» qızıl-kvarssulfid damar yatağı Au-Cu, «Vadi Samra» qızıl-mis-porfir təzahürü Au-Zn-Cu, «Samra» möhtəvi qızıl-pirit təzahürü Au-Cu-Zn, «Vadi Хаşм El Fах» qızıl-sfalerit-qalenit minerallaşmış zonası Au-Cu-Zn-Pb və «Vadi Kid» isə qızıl daşıyan konqlomeratlara aiddir. «Vadi Ğaorobi El Hatemea» yatağında qızılın proqnoz resurcu 10 ton 276 kg təşkil edir. İlk növbədə Misir Ərəb Resbublikasında qızılın mineralxammal bazasını artırmaq ücün axtarış işlərini

«Vadi Ğaorobi El Hatemea» qızıl-kvars-sulfid damar yatağında, «Vadi Samra» qızıl-kvars-sulfid porfir və «Vadi Kid» qızıldaşıyan konqlomeratlar təzahürlərində aparmaq lazımdır. «Vadi Ğaorobi El Hatemea» yatağı mezoepitermal, «Vadi El Samra» isə misporfir yatağıdır.