Ana Səhifə / Fəaliyyət / Quyudibi zonanın kompozisiya sistemləri ilə emalı effektivliyinin artırılması

Avtoreferatlar

Quyudibi zonanın kompozisiya sistemləri ilə emalı effektivliyinin artırılması

Koyşina Akmaral İtemgenovna

2525.01- Neft və qaz yataqlarının işlənilməsi və istismarı

Keçiriciliyə görə təbəqəli-qeyri-bircins şəraitli neft yataqlarının işlənilmə səmərəliliyinin artırılması yollarınından biri vurulması zamanı hasilat quyularının və ya vurucu quyuların quyudibiətrafı zonalarında süzülmə kanallarını kifayət qədər etibarlı örtən sumeyletdirici ekran yaradan xüsusi kompozisiya sistemlərinin (KS) istifadəsindən ibarətdir.

SAM və polimerlər əsaslı KS ilə yaradılan sumeyletdirici xüsusiyyətlərin qiymətləndirilməsi üçün bu SAM-in fiziki-kimyəvi xassələri, onların digər fazalarla qarşılıqlı təsir mexanizmi öyrənilmişdir. Təcrübi olaraq müəyyən edlmişdir ki, işlənilmiş çöküntüəmələgətirən kompozisiyaya daxil olan reagentlərin təbiətindən və onların məsaməli mühitə vurulma ardıcıllığından asılı olaraq, məsaməli mühitin süzülmə xüsusiyyətləri müxtəlif dəyişikliyə məruz qalırlar.

Aparılmış eksperimentlər nəticəsində göstərilmişdir ki, işlənib hazırlanmış KS-i, sulaşdırma mərhələsi ilə müqayisədə, işlənilmənin son mərhələsində olan keçiriciliyə görə təbəqəli-qeyri-bircins layların neftçıxarma əmsallarını (NÇƏ) əhəmiyyətli dərəcədə artırır.

Geoloji-texnoloji tədbirlərin (GTT) təkcə aparıldıqları şəraitlərdə deyil, habelə aparılmadıqları şəraitlərdə tətbiq səmərəliliklərinin qiymətləndirilməsi məqsədilə müqayisəli təhlilin aparılması üçün GTT-in effektivlik göstəricilərinin baxılan və ya analoji şəraitli digər yataqlarda bu və ya digər tədbirin həyata keçirilməsinin geoloji-fiziki şəraitlərini səciyyələndirən əlamətlərdən asılılığını ifadə edən modellər qurulmuşdur.

Alınmış modellər, habelə yeni geoloji-fiziki şəraitlərdə bu və ya digər növə malik GTT-in səmərəlilik göstəricilərini proqnozlaşdırmağa imkan verirlər. Bu məqsədlə GTT-in aparıldıqları şəraitlərdən fərqli olan şəraitlər üçün qurulmuş modellərin köməyilə hesablamalar aparılmışdır. Hesablamaların nəticələrindən nəzərdən keçirilən şəraitlər üçün ən yaxşı GTT-in seçilməsi üzrə qərarların qəbul edilməsi zamanı istifadə edilmişdir. Bu, qəbul edilmiş qərarın qəbul olunmuş bütün meyarları ödədə bilən meyarlar qismində qəbul edilmiş GTT-in səmərəlilik göstəricilərinin köməyi ilə həyata keçirilmişdir. Çoxmeyarlılıq şəraitlərində ən yaxşı GTT-in seçilməsi üzrə qərarların qəbul edilməsi üçün ən az güsəştlər üsulundan istifadə edilmişdir.