Ana Səhifə / Haqqımızda / Şöbələr / Seysmostratiqrafiya şöbəsi

Seysmostratiqrafiya şöbəsi

Şöbə rəhbəri: AMEA-nın həqiqi üzvü Məmmədov Pərviz Ziya oğlu

Telefon: (+99412) 5100141
Faks: (+99412) 5375285
E-mail: parviz08@list.ru

Tədqiqatların istiqamətləri:

    • Cənubi Xəzər Hövzəsinin (CXH) litosferində əksetdirici və sındırıcı seysmik sərhədlərin geoloji mənşəyi;
    • CXH-də konsolidə olunmuş yer qabığının tədqiqi;
    • çöküntü qatının seysmostratiqrafik və sekvens stratiqrafik vahidləri;
    • CXH-nin böyük dərinliklərə sürətlə çökməsinin tektonik və geodinamik səbəbləri;
    • CXH-nin təkamülünün mərhələləri;
    • Azərbaycanın neftli-qazlı Məhsuldar qatının (erkən pliosen) mənşəyi və yaranmasının paleotektonik, sedimentoloji və evstatik şəraitlərinin tədqiqi.
 
Şöbədə CXH-nin dərinlik quruluşu, onun konsolidə olunmuş qabığı və çöküntü qatı daxilində seysmostratiqrafik vahidlər öyrənilir.


Tədqiqatlar nəticəsində təsbit olunmuşdur:

  • Cənubi Xəzər Hövzəsi kənar dənizin qalığıdır və okean tipli qabıq üzərində inkişaf etmişdir;
  • orta miosendən başlayaraq, xüsusilə pliosenin sonunda hövzənin okean qabığı platforma altına subduksiya edir;
  • çöküntü qatında regional izlənilən seysmik horizontlar və uyğunsuzluq səthləri aşkarlanmışdır. Bunlar çöküntü qatını 10 seysmostratiqrafik vahidə ayırır;
  • Orta xəzərdə metamorfik substrat üzərində qırışıq keçid kompleksi və plitə kompleksləri ayrılır;
  • CXH-nin yer qabığının çox böyük dərinliklərə çökmısindı subduksiyanın rolu aşkarlanmışdır;
  • Neftli-qazlı Məhsuldar qatın flüvial-delta mənşəyi və yaranma şəraiti öyrənilmişdir. Məhsuldar qatın lay dəstələri və horizontlarının pazlaşma zonaları aşkarlanmış və xəritələnmişdir.