Ana Səhifə / Fəaliyyət / Dərində yerləşən qazkondensat yataqlarının işlənilməsinin hidroqazdinamik əsaslarının modelləşdirilməsinin təkmilləşdirilməsi

Avtoreferatlar

Dərində yerləşən qazkondensat yataqlarının işlənilməsinin hidroqazdinamik əsaslarının modelləşdirilməsinin təkmilləşdirilməsi

Feyzullayev Xasay A.

(2011)

Dissertasiya işi qazkondensat yataqlarının işlənilməsinin elmi əsaslarının yaradılması və təkmilləşdirilməsinə həsr olunmuşdur. Qazkondensat yataqlarının işlənilməsinin texnoloji göstəricilərinin proqnozlaşdırılması üçün təklif olunan kompleks qazohidrodinamik üsullar lahiyələndirmənin nəzəri ümumiləşmiş elmi əsaaslarını təşkil edir. Bu zaman:
  • tükənmə rejimində hidrpdinamik natamam quyuya qazkondensat sisteminin axını prosesini modelləşdirməyə imkan verən hesablama sxemi işlənib hazırlanmışdır və onun əsasında zamandan asılı olaraq quyunun quyudibi zonasında layın hündürlüyü boyunca retroqrad kondensatın toplanmasının qanunauyğunluqları müəyyənləşdirilmiş və həmçinin istismarın effektivliyi üçün natamam quyunun açılma yeri və dərəcəsi dəqiqləşdirilmişdir;
  • qazkondensat quyularının su ilə sıxışdırılması zamanı retroqrad kondensatda kiçik molekulyar komponentlərin buxarlanmasını nəzərə alan binar karbohidrigen qatışığının üç fazalı süzülmə modeli əsasında qazkondensat laylarının komponentveriminin artırılmasının hesablama üsulları yaradılmışdır;
  • qazkondensat quyularının məhsuldarlığını artırmaq üçün onun quyudibi zonasının müxtəlif tərkibli qazlarla fazaların çoxkomponentliyini nəzərə almaqla işlənilməsi prosesinin modelləşdirilməsi yerinə yetirilmişdir və onun aprobasiyası Azərbaycanın dərin Bulla-dəniz yatağının VII horizontu üçün aparılmışdır. İşlənilmənin son mərhələsi üçün belə işlənilmənin effektivliyi təsdiqlənmişdir;
  • izotermik difkondensasiya, hal tənliyi və psevdokomponentlərdən istofadə etməklə, termodinamiki parametrlərin faza çevrilmələrinin analitik yolla hesablanması ilə fərqlənən binar model əsasında qazkondensat yatağının təbii rejimində. Yatağa və quyudibinə müxtəlif təsir üsulları zamanı işlənilmə göstəricilərini təyin etmək üçün yeni üsul işlənib hazırlanmışdır;
  • süzülmənin çoxkomponentli modeli ilə müqayisəli təhlil nəticəsində qazkondensat quyularının quyudibi zonasının müxtəlif tərkibli qazlarla işlənilməsi prosesinin süzülmənin binar modeli və xüsusi termidinamik təcrübələrin köməyi ilə hesablama alqoritminin nəticələrinin yüksək dəqiqliyi əsaslandırılmışdır;
  • maye karbohidrogen qatışıqların köməyi ilə qazkondensat quyularının quyudibi zonasının işlənilməsinin hesablama modeli və alqoritmi işlənilmişdir və bu üsulun effektivliyi göstərilmişdir;
  • qazkondensat sisteminin  süzülmə-tutum parametrlərinin və nəzəri faza keçiricilikləri funksiyalarının quyuların  istismar göstəricilərinin faktiki qiymətlərinin dəyişməsinə görə identifikasiyasını yerinə yetirən hesablama üsulu yaradılmışdır;
  • işlənilmənin başlanğıc verilənləri və flüidlərin pVT xassələrindən istifadə etməklə yatağın kondensatvermə əmsalının təyin olunma üsulu təkmilləşdirilmişdir. Bununla əlaqədar sıxlığın, özlülüyün, qaz fazasında kondensatın və maye fazasında qazın miqdarının məlum qiymətlərinə görə kondensat və qazın faza keçiriciliklərinin nisbətinin yeni ifadəsi təklif edilmişdir.