Ana Səhifə / Xəbərlər

Xəbərlər

18 Nov 2022 İclaslar İclaslar

GGİ-nin ELMİ ŞURASINDA ETİ ÜZRƏ HESABATLARIN MÜZAKİRƏSİ KEÇİRİLİB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu (GGİ) Elmi şurasının növbəti iclasını giriş sözü ilə açan bu elmi müəssisənin baş direktoru akademik Akif Əlizadə gündəliyi səsə qoyandan sonra tədbirdə elmi-təşkilati məsələlərin müzakirəsi başlayıb.

İclasın təsdiq olunmuş gündəliyinə uyğun olaraq 2022-ci ildə tamamlanmış ETİ üzrə hesabatların müzakirəsi çərçivəsində “Qafqazın, Qara dəniz və Xəzər dənizinin akvatoriyalarının təbii flüid təzahürlərinin geoinformasiya sistemi” (2020-2022) mövzusunda təqdimat üçün ilk söz AMEA-nın müxbir üzvü GGİ-nin icraçı direktoru Dadaş Hüseynova verilib.

Geniş təqdimat reallaşdıran D.Hüseynov mövzu üzrə aparlmış işlərdən danışaraq bildirib ki, Qafqazın, Qara dənizin və Xəzər dənizinin akvatoriyalarının təbii flüid təzahürlərini öyrənmək üçün İnstitutun 5 şöbəsi cəlb olunub. Bir sıra kompleks, o cümlədən çöl işləri nəticəsində maraqlı faktlar aşkarlanıb.

Müasir geoinformasiya texnologiyalarının imkanlarından istifadə olunaraq ərsəyə gətirilmiş elmi-tədqiqat işində , indiyə qədər nəşr edilmiş çoxsaylı elmi mənbələr araşdırılmaqla yanaşı,çöl-tədqiqat işlərin nəticəsi palçıq vulkanları və onların xaric etdiyi flüidlərin , eləcə də təbii mineral suların qarşıya qoyulan məqsəd daxilində araşdırılması üçün lazımi tədqiqatlar reallaşdırılıb. Elmi işin məhsuldar və effektiv nəticəsi olaraq 141 xəritə hazırlanıb.

Natiq çoxsaylı sualları cavablandırıb, mövzu ətrafında müzakirələr və çıxışlar dinlənilib. Hesabatın qəbulu üçün iclas iştirakçıları yekdilliklə səs veriblər.

Yer elmləri üzrə f.d. Şəfəq Bayramova və AMEA-nın müxbir üzvü Elmira Əliyeva “Kompleks biostratiqrafik, litoloji-petroqrafik, biogeokimyəvi və geofiziki tədqiqatlar əsasında Cənub-Şərqi Qafqazın miosen çöküntülərinin stratiqrafiyası və paleocoğrafiyası” (20192022) istiqamətində görülmüş işlər haqqında hesabat təqdim ediblər. Alimlər nəzərə çatdırıblar ki, çöl və laboratoriya işlərində 4 şöbənin mütəxəssisləri çalışıblar.

Hesabat çıxışından məlum olub ki, müəlliflər yüksək səviyyədə kompleks iş icra ediblər. Aparılmış korrelyasiya öyrənilən çöküntülərin stratiqrafik bölgüsünün dəqiqləşdirilməsinə və paleontoloji cəhətdən səciyyələnən paleomaqnit tədqiqatların məlumatları ilə uyğun gələn stratiqrafik komplekslərin ayrılmasına imkan verib.

Təqdimat ciddi müzakirələrə səbəb olub, suallar cavablandırılıb və hesabat qəbul edilib.

Geologiya və Geofizika İnstitutundakı Bakı Dövlət Universitetinin “Seysmologiya və Yer təkinin fizikası” kafedrası filialının fəaliyyəti haqqında akademik Fəxrəddin Qədirovun məlumatı maraqla dinlənilib. Akademik birgə işin müsbət nəticələrindən, keçirilən elmi müsabiqələrdə gənc almilərin uğurlarından nümunələrlə danışıb. İclas iştirakçıları görülmüş işləri təqdir edərək bu fəaliyyət üsulunu gələcəkdə də davam etdirməyi tövsiyə ediblər.

G.-m.e.n. Samir Məmmədov “Geoservice GGİ” Məhdud Məsuliyyətli Cəmiyyətin 2022-ci ildəki fəaliyyəti haqqında məlumat verərək qazanılan uğurlardan, əldə edilən maddi gəlirlərin əməkdaşların maliyyə durumuna müsbət təsirindən söz açıb.

Akademik Akif Əlizadə İnstitut alimlərinin illik fəaliyyət plan və proqramlarını yeni qaydada korrektə edilməsinin, ümumiyyətlə isə elmi fəaliyyətdə yeni baxışların tətbiqinin zəruriliyindən danışaraq tövsiyələr verib.

Elmi şura iclasında bir sıra digər məsələlərə də baxılıb.

GGİ-nin ELMİ ŞURASINDA ETİ ÜZRƏ HESABATLARIN MÜZAKİRƏSİ KEÇİRİLİB
GGİ-nin ELMİ ŞURASINDA ETİ ÜZRƏ HESABATLARIN MÜZAKİRƏSİ KEÇİRİLİB
GGİ-nin ELMİ ŞURASINDA ETİ ÜZRƏ HESABATLARIN MÜZAKİRƏSİ KEÇİRİLİB
GGİ-nin ELMİ ŞURASINDA ETİ ÜZRƏ HESABATLARIN MÜZAKİRƏSİ KEÇİRİLİB
GGİ-nin ELMİ ŞURASINDA ETİ ÜZRƏ HESABATLARIN MÜZAKİRƏSİ KEÇİRİLİB
next
next