Ana Səhifə / Xəbərlər

Xəbərlər

31 Oct 2022 İclaslar İclaslar

GGİ-nin ELMİ ŞURASINDA ETİ ÜZRƏ HESABATLARIN MÜZAKİRƏSİ KEÇİRİLİB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu (GGİ) Elmi şurasının növbəti iclası keçirilib. İclasa sədrlik edən İnstitutun baş direktoru akademik Akif Əlizadə gündəliyin təsdiqindən sonra sözü informasiya xarakterli çıxış üçün GGİ-nin icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynova verib.

D.Hüseynov Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu ilə Xəzər Universiteti arasında elm və təhsil üzrə işbirliyi barədə imzalanmış müqaviləyə və bu sənəddə ehtiva olunan məsələlərə dair məlumat təqdim edib. Bildirilib ki, Xəzər Universitetinin təşəbbüsü ilə bağlanmış müqavılə əsasında iki müəssisə birgə elmi tədqiqatlar, müştərək layihələrin reallaşdırılması, məlumat bazalarından istifadə, hər iki tərəf alimlərinin geniş elmi görüş xarakterli tədbirləri və təcrübə mübadilələri yeni model formatında reallaşacaq.

AMEA müxbir üzvü Dadaş Hüseynov həmçinin “Nəzəri və tətbiqi geologiyanın qısa kursu” dərs vəsaitinin nəşrə tövsiyə edilməsi haqqında danışıb.

Gündəliyə uyğun olaraq sonra 2022-ci ildə tamamlanmış ETİ üzrə hesabatların müzakirəsi aparılıb. “Azərbaycanın geoloji öyrənilməsi (1970-2020-ci illər)”mövzusunda şöbə rəhbəri AMEA müxbir üzvü Tələt Kəngərlinin, “Azərbaycanın Paleontoloji Atlası” mövzusunda Təbiət Tarixi Muzeyinin baş direktoru biologiya üzrə fəlsəfə doktoru Tariel Eybatovun məlumatları dinlənilib.

Gənc alim və mütəxəssislər şurasının fəaliyyəti haqqında Şuranın sədri Fatma Süleymanova iclas iştirakçılarını məlumatlandırıb.

2022-ci ilin 10 ayı ərzində Geologiya və Geofizika İnstitutunun kütləvi informasiya vasitələrində fəaliyyəti barədə İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirməmməd Nəzərli təqdimatla çıxış edib.

Gündəlikdə duran hər məsələ ilə bağlı çıxışdan sonra suallar cavablandırılıb, fərdi mülahizələr səsləndirilib.

İclasın sonunda bir sıra elmi-təşkilati məsələlərə aydınlıq gətirilib. 

next
next