Ana Səhifə / Haqqımızda / Monoqrafiyalar

Monoqrafiyalar

AZƏRBAYCANIN MİNERAL XAMMAL SƏRVƏTLƏRİ VƏ ƏTRAF MÜHİT

AZƏRBAYCANIN MİNERAL XAMMAL SƏRVƏTLƏRİ VƏ ƏTRAF MÜHİT

(H.İ.Mahmudov)

"Azərbaycanın mineral xammal sərvətləri və ətraf mühit" kitabı yeni dərs vəsaitidir. Dərslikdə Azərbaycan ərazisində geniş yayılmış filiz və qeyri-filiz mineral xammal sərvətlərin sənayenin, təbabətin, xalq təsərrüfatının, habelə məişətimizin müxtəlif sahələrində istifadə olunması, onların ekologiyada rolu, xüsusən də ətraf mühitə mənfi və müsbət təsirləri barədə dəyərli və maraqlı məlumatlar verilir. 
 
 
Dərslik universitetlərin Geologiya və Coğrafiya fakültələrinin təbii ehtiyatlardan istifadə, geokimya və ətraf mühitin mühafizəsi ixtisaslarının magistr pilləsi üçün nəzərdə tutulmuşdur. Bu kitabdan Geologiya və Coğrafiya fakültələri bakolavr pilləsi tələbələri, habelə geniş oxucu kütləsi də istifadə edə bilər.
 
Sultanov Əzəl Cəfər oğlu

Sultanov Əzəl Cəfər oğlu

(Azərbaycanın elm və mədəniyyət xadimlərinin biblioqrafiyası)

Biblioqrafiyada görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, akademik Əzəl Cəfər oğlu Sultanovun elmi, pedaqoji və içtimai fəaliyyətinin əsas mərhələləri əks olunur. Biblioqrafiya elmi işçilər və vətənimizin elm tarixi ilə maraqlanan bütün oxucular üçün vəsaitdir.

NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNDƏ GEOLOGİYA MƏSƏLƏLƏRİ

NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNDƏ GEOLOGİYA MƏSƏLƏLƏRİ

(Əliheydər Babayev)

Kitabda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərində olan geologiyaya, mineralogiyaya, faydalı qazıntılara və təbii sulara aid məsələlər barəsindəki məlumatlar, elmi fikirlər və mülahizələr araşdırılır, müasir elmi səviyyədən şərh edilir, elmi yeniliklər müəyyənləşdirilir. Şairin fikirlərinin şərhində müəllif geoloji ədəbiyyatdan və öz tədqiqatlarının nəticələrindən də istifadə etmişdir. Nizaminin su ilə əlaqədar deyilmiş hikmət və nəsihətlərindən seçmələr də oxuculara çatdırılır. Kitabın sonunda izahlar, rus və ingilis dillərində xülasə verilir. Kitab nizamişünaslara, geoloqlara, hidrogeoloqlara, şərqşünaslara, elm tarixi tədqiqatçılarına, Nizami irsinin pərəstişkarlarına tövsiyə edilir. Kitabdan ali məktəblərin geologiya fakültələrində müvafiq mövzular üzrə dərs vəsaiti kimi də istifadə edilə bilər.