Ana Səhifə / Haqqımızda / Gi-nin əsərləri

Gi-nin əsərləri

GEODİNAMİK REJİM, MAQMATİZM VƏ ENDOGEN FİLİZ YATAQLARI FİLİZ ƏMƏLƏGƏLMƏ MODELİNİN ƏSAS TƏRKİB ELEMENTLƏRİ KİMİ (AZƏRBAYCANIN MEZOZOY DÖVRÜ TİMSALINDA)

GEODİNAMİK REJİM, MAQMATİZM VƏ ENDOGEN FİLİZ YATAQLARI FİLİZ ƏMƏLƏGƏLMƏ MODELİNİN ƏSAS TƏRKİB ELEMENTLƏRİ KİMİ (AZƏRBAYCANIN MEZOZOY DÖVRÜ TİMSALINDA)

(H.V. Mustafayev, M.A. Mustafayev) #35 (2007)


Xülasə
 
    
Endogen metal yataqlarının əmələ gəlməsi genetik və yaxud paragenetik olaraq maqmatizmlə əlaqədardır. Eyni zamanda, maqmatik komplekslərin və onlarla əlaqədar endogen filiz yataqların əmələ gəlməsi geoloji strukturların inkişafının geodinamik durumu ilə şərtləndirilir. Bu parametlərin qarşılıqlı əlaqəsi o dərəcədə aydın təzahür edir ki, indiyə kimi geniş istifadə olunan «filiz-maqmatik sistemi» təsnifatı əvəzinə «tektonik-filiz-maqmatik sistemi» işlətmək daha məqsədə uyğundur. Belə ki, geodinamik şərait, maqmatizm və filiz yataqları vahid endogen prosesin qarşılıqlı şərtlənən üç əsas elementdir. Bu elementlərin qarşılıqlı əlaqənin son nəticəsi filiz yataqların əmələ gəlməsi ilə yekunlaşır. Beləliklə sistemə geodinamik elementin daxil edilməsi ilə filizəmələgəlmə modeli daha bütöv və yekun forma kəsb edir. Regional tektonik-filiz-maqmatik sistemlərin ayrılması mühüm nəzəri və proqnoz əhəmiyyətə malikdir, belə sistemlərin lokal ayrılmasının isə mühüm praktiki əhəmiyyəti vardır.                 
ŞƏRQİ QAFQAZIN METALLOGENİK ZONALARININ FORMALAŞMASININ GENETİK PARAMETRLƏRİ

ŞƏRQİ QAFQAZIN METALLOGENİK ZONALARININ FORMALAŞMASININ GENETİK PARAMETRLƏRİ

(A.C.İsmayılzadə) #35 (2007)


Xülasə
 
Qafqazın geoloji inkişafının Kimmeriy və Alp mərhələlərinin maqmatizm və metallogeniyasının təhlili, regional filiz-maqmatik sistemlərin formalaşmasında tektonik, maqmatik və flüid-hidrotermal proseslər məcmusunun aparıcı rolunu təyin etməyə imkan vermişdir. İzlənilən geotarixi dövrdə okeanlar haşiyəsindəki bu sistemlər Paleotetis (PT) okean hövzəsinin qapanması ilə şərtlənmiş mürəkkəb geodinamik recimlərdə inkişaf etmiş və Mezotetis (MT) okean körfəzinin yaranması baş vermişdir. Bu proses Kimmeriy (mezozoy) mərhələsində xalko-siderofil, Alpda (kaynozoyda) isə xalkofil-litofil təma­yül­lü hidrotermal və vulkanogen-çökmə yataqların formalaşması ilə müşayət olunan hibrid maqmatizminin təzahür etməsilə mürəkkəbləşmişdir. Kimmeiy və Alp mərhələlərinin struktur-metallogenik zonaları fərdi petrokimyəvi xüsusiyyətlərə malik regional filiz maqmatik sistemlərə uyğundurlar.
CƏNUBİ XƏZƏRİN PLEYSTOSEN VƏ HOLOSEN ÇÖKÜNTÜLƏRİNİN MAQNİTOMETRİK TƏDQİQATLARI

CƏNUBİ XƏZƏRİN PLEYSTOSEN VƏ HOLOSEN ÇÖKÜNTÜLƏRİNİN MAQNİTOMETRİK TƏDQİQATLARI

(M.İ.İsayeva) #35 (2007)

Xülasə
 
 
Böyük sənaye obyektlərinin, xüsusən, boru kəmərləri və neft quyularının inşaat sahələrində lokal neotektonik, texnogen, palçıq vulkanların və digər mexniki hərəkətlərin axırıncı yüz və min illərdə kəmiyyətcə qiymətləndirilməsi son dərəcə zəruridir. Əsaslandırılmış müqayisə yolu ilə paleomaqnit istiqamətlərini müxtəlif geoloji obyektlərdə aparılmış maqnitotektonik tədqiqatlar əvvələr, adətən, hərəkətləri milyon il ərzində qiymətləndirirdilər. Geomaqnit sahəsinin variasiyaları orta hesabla uzunmüddətlidir – yüz min illər təşkil edir. İşin məqsədi- maqnitotektonik tədqiqatların təcrübəsindən istifadə edərək, blokların üfüqi hərəkətlərində özlərini biruzə verən (şaquli hərəkətlərin dönmələri) qısa müddətli mexaniki hərəkətlərin (yüz və min illər keçməmiş) boru kəmərləri və neft quyularının inşaat sahələrində kəmiyyətcə qiymətləndirməkdir. Bu kimi hərəkətləri başqa ənənəvi geoloji-geofiziki üsullarla üzə çıxartmaq, yaxud kəmiyyətcə qiymətləndirmək mümkün deyil.
Maqnit tədqiqatlar kern süxur nümunələri üzrə aparılmışdır (Qarasu, 473-478 quyuları). Alınan nəticələr göstərir ki, maqnitotektonik tədqiqatlar seysmik təhlükənin detallaşdırılması üçün imkan yaradır.
BAKI ARXİPELAQI YATAQLARINDA TEMPERATUR REJİMLƏRİNİN VƏ GEOFLÜID TƏZYİQLƏRİNİN TƏDQİQİ METODİKASI

BAKI ARXİPELAQI YATAQLARINDA TEMPERATUR REJİMLƏRİNİN VƏ GEOFLÜID TƏZYİQLƏRİNİN TƏDQİQİ METODİKASI

(A.Ə. İmanov) #35 (2007)

Xülasə
 
 
Məqalədə yeni yanaşmalar əsasında Sənqəçal-dəniz, Duvannı-dəniz, Xərə-Zirə, Bulla-dəniz və Ümid yataqlarında kompleks termobarik parametrlərinin dərinlikdən asılı olaraq dəyişməsi qanunauyğunluqları verilmiş və temperatur dəyişmələrinin modelləri çıxarılmışdır.