Ana Səhifə / Haqqımızda / Şöbələr / Kitabxana

Kitabxana

Kitabxananın rəhbəri: Vəliyeva Rəna Yusifovna

Telefon: (+99412) 5101172
Е-mаil: giа@aznet.org

Geologiya və Geofizika İnstitutunun kitabxanası 1945-ci ildən fəaliyyət göstərir.

Kitabxananın fondu 23460 ədəd kitab, 57983 ədəd jurnal və 4500 ədəd xarici ədəbiyyatdan (kitab və jurnallar) ibarətdir. Fondda həmçinin 24500 ədəd avtoreferat və bununla yanaşı, atlaslar saxlanılır. Kitabxananın işçiləri yalnız institutumuzun əməkdaşlarına deyil, həmçinin AMEA-nın digər institutlarının işçilərinə də xidmət edirlər. Bundan başqa, aspirantlara, ali məktəb tələbələrinə və dissertantlara da kömək göstərilir.

Kitabxana AMEA Mərkəzi Elmi Kitabxanası ilə sıx əməkdaşlıq edir.

Hər ay kitabxanaya yeni daxil olmuş kitab və jurnalların sərgisi, həmçinin yubiley sərgiləri təşkil olunur. Bununla yanaşı, beynəlxalq kitab və jurnalların mübadiləsi (Rusiya, Ukrayna, Qazaxıstan, Çin, Kanada, Fransa, İsrail, Polşa, Almaniya, Türkiyə və s.) həyata keçirilir. Kitabxanada “İrbis” proqramı ilə elektron kataloq yaradılır.