Ana Səhifə / Fəaliyyət / Layın modelləşdirilməsi şəraitində Cənub-Xəzər çökəkliyi süxurlarının kollektor xassələrinə geoloji amillərin təsirinin eksperimental öyrənilməsi

Avtoreferatlar

Layın modelləşdirilməsi şəraitində Cənub-Xəzər çökəkliyi süxurlarının kollektor xassələrinə geoloji amillərin təsirinin eksperimental öyrənilməsi

Nurməmmədov Fazil Ə.

(2001)

Neft və qaz yataqlarının işlənməsi və ehtiyatının hesablanmasında süturların süzülmə-tutum parametrlərindən geniş istifadə olunur.


Bu parametrlərin təzyiqdən asılı olaraq dəyişməsini öyrənmək üçün alimlər tərəfindən bir sıra təcrübi tədqiqat işləri aparılmışdır.


Lakin, aparılmış bu təcrübi tədqiqatlar real işlənmə prosesini nəzərə almadığından, yəni təcrübələr adətən hərtərəfli təzyiq şəraitində və yaxud kiçik lay təzyiqlərində aparıldığından yataqların işlənmə göstəricilərinin təyinində bir çox xətanın buraxılmasına gətirib çıxarmışdır.


Bunları nəzərə alaraq, müəllif tərəfindən yeni metodika işlənmiş və dağ təzyiqlərinin 160Mpa və lay təzyiqlərinin  80Mpa qədər dəyişməsi qiymətlərində adekvat sxem üzrə kompleks eksperimental tədqiqatlar aparılmışdır.


Tədqiqatların əsasını Cənub-Xəzər çökəkliyi yataqlarının 2400-6000 m dərinliklərindən götürülmüş müxtəlif litoloji tərkibli terrigen kollektor süxurları təşkil edir.


Alınmış nəticələri neft və qaz yataqlarının geologiyası, axtarış və kəşfiyyatında ehtiyatın hesablanmasında və karbohidrogen yataqlarının işlənmə göstəricilərinin təyinində istifadəsi tövsiyyə edilir.