Ana Səhifə / Fəaliyyət / Çarotinin, boratokankritinin, Na-seolitin NH4-formasının hidrotermal çevrilmələri, sintezi və quruluşu

Avtoreferatlar

Çarotinin, boratokankritinin, Na-seolitin NH4-formasının hidrotermal çevrilmələri, sintezi və quruluşu

Şirinova Afət F.

(2007)


İlk dəfə hidrotermal şəraitdə yaranan aktivləşmiş komplekslərlə, kristal quruluşları üçün səciyyəvi olan quruluş minalları arasında uyğunluq müəyyənləşdirilmiş və bununla silikat və alümosilikat minerallarının əmələ gəlməsinin kristallokimyəvi mahiyyəti aydınlaşdırılmışdır.

 
 
Müəyyən edilmişdir ki, hidrotermalşəraitdə NaOH aşağı konsentrasiyada caroit mineralı paravollastonitə, yüksək konsentrasiyasında CaSiO3 mineralının Ca, mn-bustamit tip quruluşlu yeni modifikasiyasına və carooit – EuCl3-NaOH qarşılıqlı təsirindən Ca4NaEu(Si3O9)tərkibli Fe-bustamit tip quruluşa cevrilir. Müqayisəli kristallokimya üsulu ilə caroit K3NaSa8(Si12O30) (Si6O15) (OH)2×3H2O mineralının quruluşu təyin edilmişdir. Müəyyən edilmişdir ki, quruluşda kanasit və sajinit Si-O radikalları ikiqat oktaedr sütunları ilə qarışıq karkas yaradır, boşluqlarda isə K,Na atomları və H2O yerləşir.

 
İlk dəfə boratokankrinit (Na,Ca)/Na6Al6Si6O24/BO3×2H2O sintez edilmiş və kristal quruluşu müəyyənləşdirilmişdir. Qenetik kristallokimya baxımından (Al,Si – O) karkaslarının ilkin minallardan formalaşmasına aydınlıq gətirilmişdir. Sulfatokankrinitin yeni Eu, Ca, Na formaları sintez olunmuş, kimyəvi tərkibləri və qəfəs parametrləri təyin edilmişdr. Boratokankrinitin nefelinə çevrilməsinin kristallokimyəvi aspekti quruluş minalları əsasında aşkarlanmışdır. Sintez olunmuş yeni mineralları nəzərə almaqla kankrinit mineral qrupu dəqiqləşdirilmişdir.

 
İlk dəfə Na-seolitin monokristallarından NH4-formasının monokristalları alınmış və kristal quruluşu öyrənilmişdir. Sintetik mineralları nəzərə alaraq yeni Na-seolit mineral qrupu ayrılmışdır.

 
Genetik kristallokimya baxımından boru şəkilli (Al,Si-O) radikalı saxlayan silikat və alümosilikatların quruluşlarının formalaşmasının “molekulyar” mexanizminə aydınlıq gətirilmişdir.