Ana Səhifə / Fəaliyyət / Acınohur rayonunun neft-qazlılıq perspektivliyi ilə əlaqədar geoloji quruluşunun xüsusiyyətləri

Avtoreferatlar

Acınohur rayonunun neft-qazlılıq perspektivliyi ilə əlaqədar geoloji quruluşunun xüsusiyyətləri

Ələkbərova Səadət Əli qızı

2521.01 – Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı
(2013)


Azərbaycan Respublikasının neft-qaz sənayesinin inkişafı əsasən Cənubi Xəzər çökəkliyində yerləşən neft və qaz yataqları ilə əlaqədardır. Neft sənayesinin inkişafı üçün yeni neft və qaz yataqlarının açılmasının böyük rolu var. Bu məqsədlə də Respublikada karbohidrogenlərin artırılması məqsədilə quru sahələrdə geoloji-kəşfiyyat işlərini aparmaq lazımdır. Buna görə də neft-qazlılıq perspektivliyini qiymətləndirmək üçün elmi-tədqiqat üsullarına və gələcək axtarış-kəşfiyyat işlərinin düzgün aparılmasına xüsusi diqqət yetirmək lazımdır.

Kür çökəkliyinin tərkib hissəsinə daxil olan Acınohur neftli-qazlı rayonunda aparılan geoloji, geofiziki tədqiqatlara baxmayaraq, neftlilikqazlılıq ilə əlaqədar olan bir çox məsələlər öz həllini tapmamışdır. Bu məsələni həll etmək üçün geoloji və geofiziki tədqiqat materiallarını müasir səviyyədə, yeni üsulların tətbiqi ilə yerinə yetirmək lazımdır. Bu baxımdan Acınohur neftli-qazlı rayonunun geoloji quruluşunun öyrənilməsinin və burada yeni neft-qaz yataqlarının aşkar edilməsinin müasir metodlarla öyrənilməsi vacib məsələlərdəndir.

Acınohur neftli-qazlı rayonunun Mezo-Kaynozoy dövründə geoloji quruluşunun öyrənilməsi, Məhsuldar qat kəsilişinin müqayisə edilməsi, rayonun paleocoğrafi şəraitinin, karbohidrogenlərin əmələgəlmə şəraitinin və gələcək axtarış-kəşfiyyat işlərinin istiqamətlərinin müəyyən edilməsidir.