Ana Səhifə / Fəaliyyət / Törəmə kvarsitlərin (Gədəbəy filiz rayonu) qələvi, qələvi-torpaq elementli bir sira Al, Mg-silikatlarının quruluşu və çevrilmələrinin kristallokimyəvi tədqiqi

Avtoreferatlar

Törəmə kvarsitlərin (Gədəbəy filiz rayonu) qələvi, qələvi-torpaq elementli bir sira Al, Mg-silikatlarının quruluşu və çevrilmələrinin kristallokimyəvi tədqiqi

Əsgərov Rəşad Qədim oğlu

2516.01 – Mineralogiya, kristalloqrafiya

 

 

Mineralların quruluşlarının difraksiya və müqayisəli kristallokimya üsulları ilə dəqiq öyrənilməsi, yer qabığının geoloji inkişaf tarixində süxurların, o cümlədən, filiz və qeyri-filiz yataqlarının formalaşmasını səciyyələndirmək üçün mühüm əhəmiyyət daşıyır. Geoloji prosseslərin təsirindən mineralın çevrilərək kristallaşmaqla başqa minerala keçməsi və ya yeni mineral növünün yaranması kimi faza əmələgəlmənin quruluş mexanizmi və çevrilərək kristallaşma istiqamətliliyini öyrənməklə geoloji hadisələrin məkan və zaman daxilində dəyişmələrinə aydınlıq gətirmək olar. Mineralların tərkib dəyişmələri, kristal quruluşları, quruluş parametrlərinin dəyişməsi, kristal quruluşlarında müxtəlif kristalloqrafik vəziyyətlərdə metallik kationların yaratdığı izomorf əvəzləmələrin təbiəti, onların konsentrasiyalarının kəmiyyətcə dəqiqləşdirilməsi kimi əlamətlərin meniral əmələgəlmə şəraiti ilə əlaqələndirilməsi geologiya elminə yeni məna verir. Qələvi və qələvi torpaq elementli kationlar saxlayan Al və Mg silikatların kristal quruluşlarının hidrotermal mühitdə çevrilərək kristallaşma istiqamətliliyinin müqayisəli kristallokimya və müasir fiziki-kimyəvi tədqiqat üsulları ilə öyrənilməsi və nəticələrin mineral əmələgəlmə ilə əlaqələndirilməsi aktual elmi- tədqiqat mövzusudur.