Ana Səhifə / Xəbərlər

Xəbərlər

29 Apr 2022 Diqər xəbərlər Diqər xəbərlər

GƏNC ALİMƏ FƏLSƏFƏ DOKTORU DİPLOMU TƏQDİM EDİLİB


29 aprel 2022-ci il

Geologiya və Geofizika İntitunun (GGİ) “Müasir geodinamika və kosmik geodeziya” şöbəsinin elmi işçisi Günel Sadıqova “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” ixtisası üzrə (2507.01) “Cənub-Şərqi Qafqazın Yer qabığının dərinlik quruluşunun qravitasiya modeli və geodinamiki xüsusiyyətləri” mövzusunda elmi işini uğurla müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17.03.2022-ci il tarixli qərarı ilə yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə müəssisənin Elmi şurasının son iclasında Yer elmləri üzrə fəlsəfə doktoru diplomunu Günel Sadıqovaya təqdim edib və ona elm yolunda yeni uğurlar arzulayıb.