Ana Səhifə / Xəbərlər

Xəbərlər

06 May 2022 Diqər xəbərlər Diqər xəbərlər

“İCTİMAİ RADİO”da GGİ-nin FƏALİYYƏTİ HAQQINDA GENİŞ MƏLUMAT SƏSLƏNDİRİLİB


 6 may 2022-ci il

Geologiya və Geofizika İnstitutunun gənc alimi dosent Orxan Abbasov “İctimai radio”nun “Can Azərbaycan” verilişinin qonağı olub. Verilişdə İnstitutun elmi fəaliyyəti haqqında dinləyicilərə geniş məlumat verilib.

Alim qeyd edib ki, GGİ-də fərqli şöbələr tərəfindən Yer təkinin öyrənilməsi ilə bağlı fundamental və tətbiqi tədqiqatlar aparılır. Neft, qaz daxil olmaqla filiz və digər faydalı qazıntıların axtarışı ilə əlaqədar yerinə yetirilən müasir araşdırmalar haqqında məlumat verən alim Qarabağda İnstitut əməkdaşlarının reallaşdırdıqları tədqiqatlardan da bəhs edib.

“Can Azərbaycan” verilişində həmçinin ixtiralar, qrantlar, yerli və beynəlxalq əməkdaşlıq, kadr məsələsi ilə bağlı indiki vəziyyətə dair məlumatlar da yer alıb.