Ana Səhifə / Xəbərlər

Xəbərlər

08 Jul 2022 Diqər xəbərlər Diqər xəbərlər

“AZƏRBAYCAN ELMİ: GƏLƏCƏYƏ BAXIŞ” KİTABININ BİRİNCİ CİLDİ ÇAPDAN ÇIXIB

 
 
08 iyul 2022-ci il

AMEA Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadənin “Azərbaycan elmi:gələcəyə baxış” ikicildlik kitabınn birinci cildi çapdan çıxıb.

Akademik Teymur Kərimlinin ümumi redaktorluğu ilə ərsəyə gəlmiş kitab “Nafta-Press” nəşriyyatında çapa hazırlanıb. Nəşrin tərtibçiləri texnika elmləri doktoru Vaqif İbrahimov və geologiya-mineralogiya elmləri namizədi Yeganə Lətifovadır.

Nəşrdə görkəmli alim-geoloq və elm təşkilatçısı akademik Akif Əlizadənin seçilmiş məruzələri, çıxışları, məqalələri, həmçinin onunla aparılmış masahibələr yer alıb.

Kitabda təqdim olunan materiallar 2000-2021-ci illəri əhatə edir və Azərbaycan Respublikasında fundamental elmin inkişafının geniş spektrdə aktual, eyni zamanda problemli məsələlərinə dair müəllif mövqeyini ehtiva edir. Nəşrdə həmçinin indiki Geologiya və Geofizika İnstitutuna 1976-cı ildən fasiləsiz rəhbərlik edən Akif Əlizadənin əvvəlki illərdəki elmi-təşkilati fəaliyyətinin bəzi məqamları da yer alıb. Nəfis kitabda oxuculara alimin hərtərəfli fəaliyyətini əks etdirən rəngli fotolar bloku da təqdim edilir.