Ana Səhifə / Xəbərlər

Xəbərlər

22 Nov 2022 Konfranslar Konfranslar

ALİMLƏR BEYNƏLXALQ ELMİ KONFRANSDA MƏRUZƏ EDİBLƏR

Elm və Təhsl Nazirliyi Geologiya və Geofizika İnstitutunun (GGİ) icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, İnstitutun Dinamiki geologiya şöbəsinin rəhbəri AMEA-nın müxbir üzvü Tələt Kəngərli, baş elmi işçi texnika elmləri doktoru, professor Fuad Hacızadə, Fövqəladə Hallar Nazirliyinin şöbə müdiri Yusif Əhədi və Sumqayıt Dövlət Universitetinin professoru, coğrafiya elmləri doktoru İlham Mərdanov Moskvada Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunda "Kosmosdan Yerin məsafədən zondlaşdırılması problemləri" mövzusunda keçirilmiş onlayn elmi konfransda Azərbaycanı təmsil ediblər.

Tədbirdə Dadaş Hüseynovun, Tələt Kəgərlinin, Fuad Hacızadənin və Yusif Əhədinin həmmüəllif olduqları “Yeraltı tikililərin müəyyənləşdirmək üçün peyk məlumatlarından istifadə imkanları”(Возможности использования спутниковых данных для выявления подземных сооружений), həmçinin Fuad Hacızadənin və İlham Mərdanovun “Böyük Qafqazın Azərbaycan hissəsində ekzogen relyef əmələ gətirən proseslərin tədqiqində aerokosmik şəkillərin tətbiqinin nəticələri” (Результаты применения аэрокосмических снимков при исследовании экзогенных рельефообразующих процессов в азербайджанской части Большого Kавказа) mövzularında təqdim etdikləri məruzələr maraqla qarşılanıb.

Qeyd edək ki, konfransda üç yüzə yaxın məruzə dinlənilib.