Ana Səhifə / Xəbərlər

Xəbərlər

16 Jun 2022 Diqər xəbərlər Diqər xəbərlər

GƏNCLƏRİN ELMİ SEMİNARINDA DOKTORANTLARIN MƏRUZƏLƏRİ DİNLƏNİLİB


16 iyun 2022-ci il

Geologiya və Geofizika İnstitutunda (GGİ) fəaliyyət göstərən “Gənc alim və mütəxəssislərin elmi seminarı” çərçivəsində illik plana uyğun olaraq növbəti elmi seminar keçirilib.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fatma Süleymanovanın sədrliyi ilə baş tutan ənənəvi seminarda İnstitutun Filiz-maqmatik sistemləri və minerageniya şöbəsinin mühəndisi, doktorant Kənan Abbasovun dissertasiya mövzusu ilə bağlı apardığı elmi-tədqiqat işlinin yeni nəticəsi müzakirə olunub.

Kənan Abbasovun təqdimatı “Maqmatik süxurların formalaşmasının fiziki-kimyəvi şəraitlərinin mineral paragenezislərin petrogenetik xüsusiyyətləri əsasında tədqiqi (Gədəbəy-Söyüdlü intruzivi timsalında)”nə həsr olunub. Gənc tədqiqatçı araşdırmaların akatuallığı, tədqiqatların əsas məsələlərilə bağlı müzakirələr və alınan yeni elmi nəticələr haqqında seminar üzvlərini məlumatlandırıb.

Məruzəçi həmçinin tədqiqatlarla əlaqəli sualları ətraflı cavablandırıb.