Ana Səhifə / Xəbərlər

Xəbərlər

10 Nov 2021 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-də “GƏLƏCƏYƏ ADDIM - II” ADLI ÜMUMRESPUBLİKA OLİMPİADASI KEÇİRİLƏCƏK

 
10 noyabr 2021-ci il

AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə "27 Mart - Elm günü"nə həsr olunan geoloq və geofizik tələbələr üçün “Gələcəyə addım - II” adlı ümumrespublika olimpiadası keçiriləcək.

Tədbir ali ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırmaq məqsədilə təşkil olunur.

Müsabiqənin şərtlərinə görə, iki mərhələdən ibarət olimpiadada iştirak etmək istəyən tələbələr müsabiqənin veb-saytında qeydiyyatdan keçməlidirlər. Müsabiqənin hər iki mərhələsi AMEA Geologiya və Geofizika İnstitutunda təşkil ediləcək. Birinci mərhələdə onlar təqdim ediləcək mövzunun izahlı cavabından ibarət esse (Azərbaycan, ingilis və ya rus dilində 5 A4 səhifəsindən çox olmamaq şərtilə) hazırlamalıdırlar. Elmi-təşkilat Komitəsinin müvafiq meyarlar üzrə aparacaq qiymətləndirilmələrindən sonra ən yaxşı esse müəllifləri final mərhələsinə yüksələcəklər. Final mərhələsində uğur qazanacaq iştirakçılar dörd nominasiya üzrə qalib elan ediləcəklər.

Qaliblər üçün mükafat fondu:

I yer – 800 AZN
II yer – 600 AZN
III yer – 400 AZN


Müsabiqənin nəticəsindən asılı olaraq, ayrılan fond çərçivəsində həvəsləndirici (250 AZN) mükafatlar da nəzərdə tutulur.

Müsabiqədə iştirak üçün qeydiyyat 2022-ci il yanvar ayının31-nə kimi aparılır.

Müsabiqənin şərtlərinə görə, iki mərhələdən ibarət olimpiadada iştirak etmək istəyən tələbələr müsabiqənin veb saytında qeydiyyatdan keçməlidirlər: https://sites.google.com/view/olimpiada2022