Ana Səhifə / Xəbərlər

Xəbərlər

16 Nov 2021 Diqər xəbərlər Diqər xəbərlər

“ELMİN CAZİBƏSİ” SİLSİLİSƏNDƏN İKİNCİ KİTAB ÇAPDAN ÇIXIB


16 noyabr 2021-ci il 

AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) baş direktoru akademik Akif Əlizadənin layihə rəhbəri olduğu “Elmin cazibəsi” silsilisəndən ikinci kitab çapdan çıxıb.

“Elmin cazibəsi-2” nəşri Azərbaycan Prezidenti İlham Əliyevin akademik Akif Əlizadə ilə görüşü zamanı dediyi mülahizə ilə başlayır: "Onu da deməliyəm ki, bu gün bizim geoloqlarımız qədər Azərbaycanın təbii sərvətlərini, yerin təkində mövcud olan ehtiyatları, dəniz altındakı yataqları bilən yoxdur" .

Yeni kitabda GGİ İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirməmməd Nəzərlinin AMEA Yer Elmləri Bölməsi alimlərindən aldığı və ölkə mətbuatında dərc etdirdiyi müsahibələr, elmi məqalələr, hər materialın məzmununa uyğun fotoşəkillər, dünyanın məşhur simalarının ibrətli mülahizələri və digər yazılar yer alıb.

Kitab AMEA sistemində çalışan əməkdaşlar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.