Ana Səhifə / Xəbərlər

Xəbərlər

18 Nov 2021 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFIZİKA İNSTİTUTUNDA UFAZ-ın NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

 
18 oktyabr 2021-ci il

Geologiya və Geofizika İnstitutu (GGİ) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ əməkdaşları arasında görüş keçirilib.

Görüşdə GGİ “Seymologiya, geomaqnetizm və petrofizika” şöbəsinin rəhbəri vəzifısini icra edən y.e.e.d dosent Qulam Babayev, g-m.e.n. Zöhrab Novruzov, şöbənin doktarantları İmran Muradi, Yaşar Əliyev, UFAZ-ın professorları Alessiya Maggi, Klara Kodri və magistr Kamal Bayramov iştirak ediblər.

Tədbirdə əməkdaşlıq və birgə elmi işlərin aparılması imkanları müzakirə olunub. Qulam Babayev rəhbərlik etdiyi şöbənin UFAZ-la əməkdaşlığının əhəmiyyətindən danışıb və şöbənin fəaliyyəti haqqında məlumat verərək əməkdaşların əldə etdikləri biliklərin elmi tədqiqatlarla əlaqələndirmələri üçün mövcud şəraitdən söhbət açıb. Qonaqlar UFAZ GGİ ilə birgə elmi-tədqiqat işləri və informasiya mübadiləsinin aparılması, tələbələrin elmi işə cəlb olunmaları və onlarda praktiki vərdişlərin formalaşdırılması istiqamətində gələcək perspektivləri məsələsini, bu sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin əməkdaşlığın əsas istiqamətlərinin GGİ və UFAZ arasında imzalanacaq memorandumda nəzərdə tutulacağı bildirilib.