Ana Səhifə / Xəbərlər

Xəbərlər

19 Nov 2021 Diqər xəbərlər Diqər xəbərlər

GGİ PROFESSORU ÜMUMRUSİYA KONFRANSINDA İKİ MƏRUZƏ İLƏ İŞTİRAK EDİB

 
19 noyabr 2021-ci il

Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi, professor Fuad Hacızadə noyabrın 15-19-da Moskvada Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunda keçirilmiş “Məsafədən zondlamanın müasir problemləri” adlı 19-cu Ümumrusiya (beynəlxalq iştirak ilə) açıq konfransında iki məruzə ilə iştirak edib. Dünya ölkələrindən 250-dən çox nümayəndənin iştirak etdiyi konfrans 8 bölmə çərçivəsində reallaşıb.

Tədbir iştirakçıları azərbaycanlı alimin “Исследования характера влияния оползней на горизонтальное расчленение поверхности высокогорий” (həmmüəliflə) və “Космический мусор и лунная перспектива” məruzələrini maraqla qarşılayıblar.