Ana Səhifə / Xəbərlər

Xəbərlər

30 Jun 2022 Diqər xəbərlər Diqər xəbərlər

AMEA GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURALARININ YARIMİLLİK HESABATLARI DİNLƏNİLİB

 
30 iyun 2022-ci il

AMEA institut və təşkilatları Gənc Alim və Mütəxəssislər şuralarının yarımillik hesabatları dinlənilib. Məruzələr elmi bölmələr üzrə təqdim edilib.

Yer Elmləri Bölməsinə (YEB) daxil olan institutların yarımillik hesabatını Gənc Alim və Mütəxəssislər şurası bölmə katibinin müavini Aysel Məmmədova təqdim edib. Bildirilib ki, 2022-ci ilin ilk 6 ayı ərzində YEB-nin tərkibinə daxil olan GAMŞ-ın qarşısına qoyulmuş vəzifələr yerinə yetirilib. Keçirilən tədbirlər və yerinə yetirilən layihələr bir çox məsələlərin həllində əsaslı rol oynayıb. Bölmə üzrə gənclər yerli və beynəlxalq konfranslarda iştirak ediblər, həmçinin bir neçə qrant layihəsinin qalibi olublar.

A.Məmmədova Geologiya və Geofizika İnstututunda fəaliyyət göstərən GAMŞ-ın geniş hesabatını təqdim edib. Natiq GGİ-dən başqa Coğrafiya İnstitutu, Neft və Qaz İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzi Gənc Alim və Mütəxəssislər şuralarının fəaliyyəti barədə də məlumat verib.