Ana Səhifə / Xəbərlər

Xəbərlər

23 Dec 2021 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-nin PROFESSORU "YERİN MƏSAFƏDƏN ZONDLAŞDIRILMASI PROBLEMLƏRİ" SEMİNARINDA FƏALLIQ GÖSTƏRİB

 
23 dekabr 2021-ci il

Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunda (Moskva) Ümumrusiya nın növbəti iclası keçirilib. Seminarda Geologiya və Geofizika İnstitutunu (GGİ) professor Fuad Hacızadə təmsil edib.

Tədbirdə Rusiya Federasiyasında və xaricdə iqlim dəyişmələrində əhəmiyyətli rol oynayan uzunmüddətli karbon tərkibli istixana qazlarının (CO2 -karbon dioksid və metan- CN4) konsentrasiyalarının peyklərdən ölçmə üsullarının və vasitələrinin inkişafına həsr olunmuş son iyirmi illik işlərin icmalı təqdim olunub. Spektrin yaxın infraqırmızı və infraqırmızı diapazonlarının müasir peyk spektrometrləri ölçmələrinin interpretasiyasının fiziki-riyazi əsasları nəzərdən keçirilib. Həmçinin atmosferdə CO2 və CH4 tərkibinin monitorinqi üzrə yerli və xarici peyk sistemlərinin inkişaf proqramları, həmçinin peyk informasiya məhsullarının kalibrlənməsi və yoxlanılması üçün istifadə oluna bilən yerüstü müşahidə şəbəkələri haqqında məlumat verilib.

Tədbirdə fəallıq göstərən Professor Fuad Hacızadənin seminarın məruzəçisinə sözügedən sahə üzrə sualları cavablandırılıb. Eləcə də onun Azərbaycanda kosmik tədqiqatlar sahəsində aparılan elmi işlər haqqında çıxışı böyük maraqla dinlənilib və yüksək qiymətləndirilib.