Ana Səhifə / Xəbərlər

Xəbərlər

24 Feb 2022 Diqər xəbərlər Diqər xəbərlər

GGİ ELMİ ŞURASININ İCLASI KEÇİRİLİB


24 fevral 2022-ci il

Geologiya və Geofizika İnstitutu Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan İnstitutun baş direktoru akademik Akif Əlizadə kollektivin ötənilki pandemiya şəraitində fəaliyyətinin qısa icmalını verib və dünyasını dəyişmiş alimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. A.Əlizadə iştirakçıları iclasın gündəliyi ilə tanış etdikdən sonra g.-m.e.n. Yeganə Lətifova Elmi şuranın və Ümumrespublika elmi seminarlarının iş planı haqqında ətraflı məlumat verib. Bildirilib ki, Geologiya və Geofizika İnstitutu Elmi şurasının 2022-ci il üçün iş planını ehtiva edən elmi, həmçinin elmi-təşkilati məsələlər şöbələrdən daxil olan təkliflər əsasında tərtib edilib. İclasda həmçinin Yer elmləri sahəsində Ümumrespublika elmi seminarının 2022-ci il üçün iş planı təqdim edilib.

27 Mart – Elm Gününə həsr olunmuş geoloq və geofizik tələbələrin “Gələcəyə addım-2“ Ümumrespublika olimpiadasının gedişatı haqqında Akademik Əkpər Feyzullayevin şərhi dinlənilib. Ə.Feyzullayev bu qəbildən olan olimpiadaların gənc alimlərin stimullaşdırılmasında rolunu, tədbirdə iştirak etmək istəyən elmi müəssisə kollektivlərinin sayının indi xeyli artdığını, “Gələcəyə addım” I Ümumrespublika olimpiadasının gedişatinda qazanılan təcrübənin təkmilləşdirildiyini vurğulayıb.

Daha sonra ştatda vakant olan şöbə rəhbəri vəzifələrini tutmaq üçün müsabiqədə iştirak edən alimlərin gizli səsvermə yolu ilə seçimi reallaşıb.

İclasda eləcə də müxtəlif məsələlərə baxılıb.