Ana Səhifə / Xəbərlər

Xəbərlər

11 Mar 2022 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-də “YER FİZİKASININ NƏZƏRİ KURSU” KİTABI NƏŞR EDIİLİB


11 mart 2022-ci il

Geologiya və Geofizika İnstitutunda “Yer fizikasının nəzəri kursu” kitabı çap edilib.

Nəşrin müəllifləri akademik Fəxrəddin Qədirov,y.e.f.d. Rafiq Səfərov, y.e.f.d. Aynur Zamanova və g.-m.e.d. Abdulvahab Muxtarov, rəyçi Geologiya-minerologiya elmləri doktoru, professor Tofiq Əhmədovdur.

Kitab “Günəş sistemi və Yer haqqında ümumi məlumat”, “Seysmologiya və dərinlik quruluşu”, “Yerin qravitasiya sahəsi nəzəriyyəsinin əsasları”, “Yerin istilik sahəsi”,”Yerin maqnit sahəsi” və “Geodinamika” fəsillərindən ibarətdir.

Elmi əsərdə planetimizin müasir quruluşunu və mürəkkəb dinamikasını, eyni zamanda yerin formalaşmasını , inkişafını göstərən və son 4,5 milyard ildə baş verən fiziki proseslər haqqında bakalavr, magistr və digər gənc alim və mütəxəssislərə qısa nəzəri kurs təqdim edilir.